Qusar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Qusar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
  • Mahal
  • 22 Yanvar 2019 13:52
  •  1 212

“Hyundai” üç piyadanı vurdu - Biri öldü

Qusar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən verilən məlumata görə, yanvarın 21-də saat 19 radələrində Qusar şəhəri ərazisində İmamqulukənd kənd sakinləri - Elşad Aslanxanovun və Azad Şıxqayıbovun idarə etdikləri “Hyundai” və “VAZ-21154” markalı avtomobillər toqquşub. Sonradan E.Aslanxanov idarəetməni itirdiyindən yaxınlıqda olan şəhər sakinləri Samir Salmanovu, İdris Seyfullayevi və Kamran Sədiyevi vurub. Nəticədə S.Salmanov hadisə yerində ölüb, digər 2 piyada xəstəxanaya yerləşdiriliblər.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

© AzNews.az