Hadisə Rəsulzadə prospektində qeydə alınıb. Hadisə Rəsulzadə prospektində qeydə alınıb.
  • Mahal
  • 23 Yanvar 2019 12:11
  •  1 720

“QAZ 24”lə “06” toqquşdu: 3 nəfər ağır yaralandı - VİDEO

Hadisə Rəsulzadə prospektində qeydə alınıb.

Şəki şəhər Kiçik Dəhnə kənd sakini 22 yaşlı Naib Tahirova məxsus VAZ 2106 markalı avtomobil, QAZ 24 markalı konstruksiyası dəyişilmiş avtomobillə toqquşub.

Hadisə Məmməd Əmin Rəsulzadə prospektində meydana gəlib.

Nəticədə VAZ 2106-nın sürcüsü, həmçinin, Kiçik Dəhnə kənd sakinləri - 25 yaşlı Nicat Rəşidov və 23 yaşlı Novruz Yunusov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara dərhal hadisə yerində ilkin tibbi yardım göstərilib və Şəki RMX-ya çatdırılıblar.

Reanimasiya şöbəsinə yerləşdirilən Naib Tahirova qapalı kəllə-beyin travması, Nicat Rəşidovun sağ bud sümüyünün sınığı, Novruz Yunusov isə alt dodağın cırılmış yarası diaqnozu qoyulub. Müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. (ARB TV)

AzNews.az

image description image description image description