Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılar xəstəxanaya çatdırılıb.
  • Mahal
  • 23 Yanvar 2019 22:19
  •  1 669

Ağdaşda yol qəzası: xəsarət alanlar var

Yaralılar xəstəxanaya çatdırılıb.

Ağdaş rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

1967-ci il təvəllüdlü Lənkaran rayon sakini Cavadov Elçin Sabir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağdaş rayonunun Ləki kəndi ərazisində yük maşını ilə toqquşub.

Nəticədə sürücü və onun 1975-ci il təvəllüdlü sərnişini Ellada Cavadova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az