Cəlilabadda kütləvi dava olub. Cəlilabadda kütləvi dava olub.
  • Mahal
  • 9 Mart 2019 23:34
  •  2 260

Cəlilabadda kütləvi dava - xəsarət alanlar var

Cəlilabadda kütləvi dava olub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakinləri olan bir qrup şəxs arasında dava düşüb. Nəticədə 1948-ci il təvəllüdlü Mehmanağa Miriyev, 1982-ci il təvəllüdlü Ceyhun Əhmədov və 1991-ci il təvəllüdlü Mirvahid Miriyev xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Kütləvi davanın səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az