- Mahal
- 27 Mart 2019 14:22
- 1 807
Yolu keçən piyada həyatından oldu

Ağdam rayonunun Qaradağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 26-da saat 12 radələrində Ağdam rayonunun Qaradağlı kəndi ərazisində kənd sakini G.Əliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmkəndlisi İbrahim Abbasovu vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.(trend.az)
AzNews.az