Kimsəsiz qadın uşaq sığınacağına yerləşdirilib Kimsəsiz qadın uşaq sığınacağına yerləşdirilib
  • Mahal
  • 3 Aprel 2019 10:57
  •  1 467

53 yaşlı qadın evdən niyə qaçıb? - Polis axtarış aparır

Kimsəsiz qadın uşaq sığınacağına yerləşdirilib

Binəqədi rayonunda küçədə 53 yaşlı qadın kimsəsiz halda tapılıb.

Bu barədə AzNews.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

Onun sözlərinə görə, Mətanət Hüseyn qızı Əkbərovanı küçədə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tapıb:

“Mətanət Əkbərova Gəncə şəhəri Kəpəz rayonu, V.Xuluflu küçəsində qeydiyyatdadır. Onu martın 26-da Binəqədi rayon Polis İdarəsinin əməkdaşları küçədə kimsəsiz halda tapıb və sığınacağa gətirib. Hazırda Mətanətin qohumları axtarılır”.

Kəmalə Ağazadə qeyd edib ki, bununla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə rəsmi məktubla müraciət edilib .

Onu tanıyan və ya məlumatı olanlar +994554660806, +994125132463 nömrələri ilə əlaqə saxlasınlar.

Bahar RÜSTƏMLİ

AzNews.az