Yaralı xəstəxanaya çatdırılıb. Yaralı xəstəxanaya çatdırılıb.
  • Mahal
  • 7 Aprel 2019 23:42
  •  1 361

Salyanda yol qəzası baş verib

Yaralı xəstəxanaya çatdırılıb.

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Hadisə bu gün axşam saatlarında rayonun Şorsul kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayonun Şorsulu kənd sakini, 1966-cı il təvəllüdlü Rəhimov Mübariz Mirzağa oğlu idarə etdiyi “Pojero” markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın aşıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarəti alan sürücü Salyan Mərkəsi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az