Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib
  • Mahal
  • 11 Aprel 2019 16:37
  •  2 254

Quba-Xınalıq yoluna düşən iri qaya parçaları yolu bağlayıb

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib

Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, dərhal hadisə yerinə Agentliyin əməkdaşları və xüsusi texnika cəlb edilib. Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.

Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.(report.az)

AzNews.az