İsmayıllı rayonunda intihar hadisəsi baş verib İsmayıllı rayonunda intihar hadisəsi baş verib
  • Mahal
  • 14 Aprel 2019 13:31
  •  3 063

Yeni ailə quran 18 yaşlı gəlin özünü asdı

İsmayıllı rayonunda intihar hadisəsi baş verib

Hadisə rayonun İvanovka kəndində qeydə alınıb.

Bir neçə ay öncə rayonun Qaraqaya kəndindən İvanovka kəndinə gəlin köçən 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.

Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

İlkin ehtimala görə M.Hüseynova ailə münaqişəsi zamanı əsəbləşərək intihar edib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(ona.az)

AzNews.az