Səhhətində heç bir problem olmayıb Səhhətində heç bir problem olmayıb
  • Mahal
  • 15 Aprel 2019 12:17
  •  6 208

İsmayıllıda 3 aylıq gəlinin intihar təfərrrüatı - "Əri qapını açanda..."

Səhhətində heç bir problem olmayıb

İsmayıllı rayonunda 3 aylıq gəlinin intiharının bəzi təfərrüatı məlum olub.

Rayonun İvanovka kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib:

“Gəlin evdə tək olub. O, özünü ipdən asıb. Həyat yoldaşı axşam evə gəlib qapını açanda arvadını ipdən asılı vəziyyətdə görüb. Gəlinin səhhətində heç bir problem olmayıb. Hazırda hüquq-mühafizə orqanları gəlinin intihar səbəbini araşdırır. Bu hadisə bütün kəndi silkələyib”.

Qeyd edək ki, İsmayıllıda gəlin toyundan 3 ay sonra intihar edib.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description