Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  • Mahal
  • 19 Aprel 2019 11:55
  •  2 112

Maşın su kanalına düşdü - 4 yaşlı uşaq öldü

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Ələt-Astara magistralının rayonun Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı avtomobil idaretmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı xəsarət alıb, 4 yaşlı uşağı isə ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunublar.

Yaralılar "təcili yardım" maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırlıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.(report.az)

AzNews.az