Yaralılar Bakıdakı xəstəxanalardan birinə göndərilib Yaralılar Bakıdakı xəstəxanalardan birinə göndərilib
  • Mahal
  • 21 Aprel 2019 12:12
  •  2 257

Televizor partladı, bir ailənin 5 üzvü xəsarət aldı - Kürdəmirdə

Yaralılar Bakıdakı xəstəxanalardan birinə göndərilib

Kürdəmir rayonunun Cənub Məhəlləsində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi baş verib.

Yerli sakin Eminov Elman Səfa oğluna məxsus evin yanması nəticəsində 3-ü azyaşlı olmaqla, bir ailənin 5 üzvü - İmişli rayon sakinləri - 1988-ci il təvəllüdlü Əsədov Anar Binyət oğlu, 1985-ci il təvəllüdlü Hüseynova Qəndab Adışirin qızı, 2011-ci il təvəllüdlü Əsədova İlahə Anar qızı, 2015-ci il təvəllüdlü Əsədova Günay Anar qızı, 2017-ci il təvəllüdlü Əsədov Binyət Anar oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndəriliblər. Hadisəyə ilkin səbəb kimi televizorun partlaması bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)