• Mahal
  • 22 Aprel 2019 13:57
  •  423

Astarada ev uçdu - VİDEO

Hazırda kənddə 10-a yaxın ev dağılmaq təhlükəsi qarşısındadır

Mart ayının 26-da torpaq qatının sürüşməsi nəticəsində Astaranın Siyəkü kəndində qəzalı vəziyyətə düşən evlərdən biri uçub.

Ötən gecə kənd sakini 70 yaşlı Təcrübə İsgəndərovanın üçotaqlı evi acınacaqlı vəziyyətə düşüb.

Ev sahibinin sözlərinə görə, xəsarət alan olmayıb. Cənub bölgəsinə intensiv düşən yağıntıların son 5-6 gün ərzində torpaq sürüşmələrini aktivləşdirməsi kənd sakinlərini narahat edir. Onlar gecələri evlərində rahat yata bilmirlər. Bəziləri qohumlarının evlərində qalmağa məcbur olublar.

Qeyd edək ki, hazırda kənddə 10-a yaxın ev dağılmaq təhlükəsi qarşısındadır. Fərdi təsərrüfatlardakı sitrus bağları da zərər çəkib. Bu barədə kənd icra nümayəndəliyinin də məlumatı var.

Yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə rəsmi qaydada müraciət edilib. Lakin evlərə və həyətlərə hələlik baxış keçirilməyib.(oxu.az)

AzNews.az