- Mahal
- 27 Aprel 2019 13:47
- 2 571
Xaçmazda canavarlar 30 qoyunu parçaladı

Onlardan 15-i tələf olub
Xaçmaz rayonunda canavarlar təsərrüfata hücum edib.
Hadisə rayonun Bəbəli kəndində qeydə alınıb.
Yırtıcılar kənd sakini Rəhman Məmmədova məxsus 30 baş qoyunu parçalayıb.
Onlardan 15-i tələf olub, 15-i isə müxtəlif dərəcəli xəsarətlər alıb. (ONA)