Şəhidlərin valideynləri yürüşdə iştirak edib Şəhidlərin valideynləri yürüşdə iştirak edib
  • Mahal
  • 29 Aprel 2019 16:26
  •  3 094

Qarabağ qaziləri Şəhidlər Xiyabanına anım yürüşü keçirdi - Şamaxıda

Şəhidlərin valideynləri yürüşdə iştirak edib

Qarabağ döyüşlərində iştirak etmiş qazilərin təşəbbüsü ilə Şamaxıda Şəhidlər Xiyabanına anım yürüşü keçirilib.

AzNews.az xəbər verir ki, 1990-cı illərdə vuruşan "Babək 44" batalyonun zabit və əsgər heyətilə birlikdə, aprel döyüşlərində həlak olan şəhidlərin valideynləri, Şamaxı rayon sakinləri və müxtəlif media nümayəndələri yürüşdə iştirak ediblər.

Anım yürüşünün ardınca Qarabağ döyüşlərində iştirak edən, Şamaxı sakini olmuş şəhidlərin oxuduğu məktəbə gediblər. Daha sonra şəhidlərin evlərinə ziyarət edilib, ailələrinə baş sağlığı verilib.

Nigar CƏFƏR

AzNews.az