Qubada minik avtomobili yol kənarındakı səkiyə çırpıldı - Xəsarət alan var

Yaralı xəstəxanaya çatdırılıb.

Quba rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1995-ci il təvəllüdlü Əfsan Mehman oğlu Xalidbəyov idarə etdiyi "VAZ-2106" markalı avtomobil yol kənarındakı səkiyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması və burunun cırılmış-kəsilmiş yarası diaqnozu qoyulub.

Ə.Xalidbəyova ilkin tibbi yardım göstərilib, cərrahi müdaxilə olunduqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az

image description image description