Yevlax rayonunda yol qəzası baş verib Yevlax rayonunda yol qəzası baş verib
  • Mahal
  • 24 İyun 2019 13:47
  •  1 819

Yük maşını ağaca çırpıldı, sürücü...

Yevlax rayonunda yol qəzası baş verib

Hadisə Xaldan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşını yol kənarındakı ağaclara çırpılaraq aşıb. Bu zaman sürücüsü - 1978-ci il təvəllüdlü Siyavuş Sadıqov özünü kabinədən bayıra atıb və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az