Hüseynov Əhəd Saleh oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib Hüseynov Əhəd Saleh oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib
  • Mahal
  • 22 İyul 2019 00:18
  •  1 457

Bakı-Quba yolunda iki avtomaşın toqquşdu - 78 yaşlı kişi xəsarət aldı

Hüseynov Əhəd Saleh oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə magistral yolun Şabranın Şahnəzərli kəndi ərazisindən keçən hissəsində baş verib.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1941-ci il təvəllüdlü Bakı şəhər sakini Hüseynov Əhəd Saleh oğlu müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)