• Mahal
  • 1 Sentyabr 2019 23:46
  •  827

Qubada üç dostu maşın vurdu

Hazırda faktla bağlı araşdırma aparılır

Yol kənarında dayanan 3 nəfər şəxsi avtomobil vurub.

Hadisə Qubanın 1-ci Nügədi kəndində qeydə alınıb. Yol kənarında söhbət edən 3 nəfər gənc gözlənilmədən naməlum avtomobil tərəfindən vurulub. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəzada xəsarət alan 2003-cü il təvəllüdlü Əzizov Hüseyn Elmar oğlu çənənin sağ üst hissəsinin, göz qapağının əzilmiş-kəsilmiş yaraları, 2000-ci il təvəllüdlü Kərimov Fətəli Sovqat oğlu sağ budun arxa səthinin əzilmiş-deşilmiş yarası, 2000-ci il təvəllüdlü Cavadov Nail Qədir oğlu alının, hər iki yanağın və sağ ayağaltı nahiyəsinin əzilmiş-cırılmış çoxsaylı yaraları diaqnozu qoyulub.

Hazırda faktla bağlı araşdırma aparılır.(oxu.az)

AzNews.az