“HBO” telekanalının dünyaca məşhur müğənni Maykl Ceksonun uşaqlara qarşı törətdiyi seksual zorakılıqdan bəhs edən “Neverlendi tərk edərkən” filmi “Ən yaxşı sənədli film” nominasiyası üzrə “Emmi” mükafatına layiq görülüb.

Bu barədə “Deadline Hollywood” yazıb.

Ekran işinin rejissoru Den Rid heykəlciyi alan zaman filmin iki qəhrəmanına – Ueyd Robson və Ceyms Seyfçaka dürüstlük və cəsarətlərinə görə minnətdarlığını bildirib.

Belə ki, filmdə onların hər ikisi uşaqlıqda Maykl Cekson tərəfindən cinsi istismara məruz qaldıqlarını etiraf edib.

“Qafqazinfo”nun yazdığına görə, sənədli filmin qəhrəmanlarını yalançı adlandıran musiqiçinin varisləri “HBO”ya qarşı 100 milyon ABŞ dolları məbləğində dava açıb.

“Emmi”nin əsas mükafatlandırma mərasimi sentyabrın 22-dən 23-ə keçən gecə baş tutacaq. Bu il nominasiya sayı üzrə lider “Taxt-tac oyunları” olub (32 nominasiya). (BAKU.WS)