Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər
  • Mahal
  • 23 Oktyabr 2019 08:49
  •  2 011

Kürdəmirdə yük avtomobilləri toqquşdu - xəsarət alanlar var

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər

Kürdəmirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun Kürdəmirin Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, TIR markalı yük maşını qarşıda hərəkətdə olan mişar daşı ilə dolu "KamAZ" markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, Göranboy sakini, 1977-ci il təvəllüdlü Sadıqov Elnur Füzuli oğlu və Bakı sakini, 1981-ci il təvəllüdlü Əliyev Təhmasib Məhəmmədəli oğlu müxtəlif növ bədən xəsarəti alıblar.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. (Report)

AzNews.az