Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır
  • Mahal
  • 2 Dekabr 2019 21:51
  •  2 272

Toydan qayıdan gənclər qəzaya düşdü - Yaralılar var

Faktla bağlı araşdırma aparılır

Yevlaxda avtomobil qəzası qeydə alınıb, xəsarət alanlar var.

Hadisə rayonun Balçılı kəndi yaxınlığında baş verib.

"VAZ 2107" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar - Yevlax sakinləri, 1987-ci il təvəllüdlü Oqtay Talıbov, 1992-ci il təvəllüdlü Teymur İsmayılov və 1992-ci il təvəllüdlü Xəyal Hüseynov xəstəxanaya yerləşdirilib. Məlumata görə, avtomobildə olanlar toy məclisindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az