Polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilib Polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilib
  • Mahal
  • 23 Yanvar 2020 20:21
  •  5 545

Vilayət Eyvazovdan yeni təyinat

Polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilib

Daxili işlər orqanlarında yeni təyinat olub.

AzNews.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

AzNews.az