Türkiyəli həkimlər haqq işində daim Azərbaycanın yanında olacaqlarını bildiriblər Türkiyəli həkimlər haqq işində daim Azərbaycanın yanında olacaqlarını bildiriblər
  • Mahal
  • 3 Avqust 2020 15:36
  •  3 706

Türkiyəli həkimlər İsmayıllıya gəliblər

Türkiyəli həkimlər haqq işində daim Azərbaycanın yanında olacaqlarını bildiriblər

Türkiyənin Milliyyətçi Həkimlər Birliyinin idarə heyətinin nümayəndələri Qəbələ rayonundan sonra avqustun 3-də İsmayıllıya gəliblər.

AzNews.az xəbər verir ki, Azərbaycan Respubilkası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin nümayəndələri ilə İsmayıllıya gələn qonaqlar iyulun 12-də erməni silahlı qüvvələri tərəfindən dövlət sərhəddinin Tovuz rayonu istiqamətində hücum cəhdinin qarşısını alarkən şəhid olan və hazırda Balık kənd qəbiristanlığında uyuyan Xəyyam Daşdəmirovun məzarını ziyarət ediblər.

Şəhidin xatirəsini ehtiramla yad edən qonaqlar sonra onun ata evinə gedib, valideynləri ilə görüşüblər.

Ziyarət və görüş üçün razılıq edən şəhidin ailə üzvləri bunu bir millət, iki dövlət olan Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi kimi dəyərləndiriblər. Türkiyəli həkimlər haqq işində daim Azərbaycanın yanında olacaqlarını bildirib, şəhidlərin qanının yerdə qalmayacağına əmin olduqlarını söyləyiblər.