Cəlilabaddakı meşə yanğını söndürüldü

2,5 hektar ərazidə böyürtkən, qaratikan kolları və quru ot örtüyü yanıb

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığındakı bələdiyyə torpağında baş verən, sonradan yaxınlıqdakı meşəlik əraziyə keçən yanğın FHN-nin yanğından mühafizə xidmətinin və ETSN-nin yerli qurumlarının əməkdaşları tərəfindən söndürülüb.

AzNews.az xəbər verir ki, yanğın zamanı 2,5 hektar ərazidə böyürtkən, qaratikan kolları və quru ot örtüyü yanıb.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.