Zaqatalada Zaqatalada
  • Mahal
  • 12 Avqust 2020 12:30
  •  3 954

Nişan mərasimləri keçirənlər cərimələnib

Zaqatalada

Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evində karantin qaydalarının pozularaq, gizli nişan mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, həmin məlumat əsasında polis əməkdaşları şəhər sakini Firəngiz Məmmədovaya və rayonun Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər. Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarını pozduqları aşkar edilib.

Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət edilib. Onlara ölkədə elan edilən karantin rejiminin tələb və qaydaları izah olunub. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.