Xarici diplomatlar Bərdədə erməni terrorunun izləri ilə tanış olurlar Xarici diplomatlar Bərdədə erməni terrorunun izləri ilə tanış olurlar
  • Mahal
  • 29 Oktyabr 2020 11:45
  •  5 464

Hikmət Hacıyev və xarici diplomatlar Bərdədir

Xarici diplomatlar Bərdədə erməni terrorunun izləri ilə tanış olurlar

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri oktyabrın 29-da Bərdəyə gəliblər.

Xəbərə görə, diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Baş prokuror Kamran Əliyev və başqaları müşayiət edirlər.

Səfərin məqsədi diplomatları və hərbi attaşeləri oktyabrın 27 və 28-də cəbhə zonasından kənarda yerləşən, 100 min əhalisi olan Bərdədə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir. (Azərtac)

AzNews.az