Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik olunub Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik olunub
  • Mahal
  • 29 Oktyabr 2020 18:32
  •  4 562

Babək rayonunun inzibati ərazi bölgüsündə dəyişiklik edildi

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik olunub

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib.

AzNews.az-ın məlumatına görə, qanuna əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik olunub.

Belə ki, “Babək qəsəbəsi” sözləri “Babək şəhəri” sözləri ilə, “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə, “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəzlənib.