Yolun minalardan təmizlənib istifadəyə verilməsi nəzərdə tutulur Yolun minalardan təmizlənib istifadəyə verilməsi nəzərdə tutulur
  • Mahal
  • 30 Noyabr 2020 15:00
  •  5 411

Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək - FOTO

Yolun minalardan təmizlənib istifadəyə verilməsi nəzərdə tutulur

İşğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işləri intensiv şəkildə həyata keçirilir və ilk növbədə, humanitar dəhlizlər yaradılır.

Məlumata görə, bunu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, hazırda Tərtərlə Suqovuşanı birləşdirən yolun minalardan təmizlənməsi işləri aparılır və indiyə qədər bu yolun 10 kilometrindən 8 kilometri təmizlənib. Onun sözlərinə görə, yaxın 2-3 gün ərzində yolun minalardan təmizlənib istifadəyə verilməsi nəzərdə tutulur.

Avtomobil Yolları Dövlət Agentliyindən AzNews.az-a verilən məlumata görə, Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən uzunluğu 28.5 km olan avtomobil yolları 2 texniki dərəcəyə uyğun olaraq bərpa edilir. 2 geniş hərəkət zolağından ibarət olacaq yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edəcək.

Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km hissəsində torpaq yatağının və yol əsasının inşası işləri yekunlaşmaq üzrədir. Yol asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Bundan başqa hazırda Suqovuşandan Talış kəndinə doğru uzanan 7.5 km-lik yolun da tikintisi işlərinə start verilib.

Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 km olan yolun, həmçinin Talış kəndindən Tap Qaraqoyunlu kəndini keçməklə Qaşaltı Qaraqoyunlu kəndinə doğru 22.5 km uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi ilə Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar ulu öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Hazırda işğaldan azad edilmiş yaşayış məntəqələrinə qədər uzanan sözügedən tarixi yolun bərpası istiqamətində genişmiqyaslı tikinti işləri görülür.

image description image description image description image description image description image description image description