Ağdaş rayonunda 2 kəndin qazlaşdırılması işləri yekunlaşıb Ağdaş rayonunda 2 kəndin qazlaşdırılması işləri yekunlaşıb
  • Mahal
  • 4 Dekabr 2020 18:57
  •  2 983

Yeddi yaşayış məntəqəsində 800-ə yaxın evə qaz verildi

Ağdaş rayonunda 2 kəndin qazlaşdırılması işləri yekunlaşıb

Yaşayış məntəqələrinin qazlaşdırılmasını daim diqqətdə saxlayan “Azəriqaz” İstehsalat Birliyi bu həftə ərzində də bir neçə yaşayış məntəqəsində qaz açılışlarını təmin edib.

AzNews.az xəbər verir ki, Ağdaş rayonunda 2 kəndin qazlaşdırılması işləri yekunlaşıb.

Eymur kəndində 132, Ağcaqovaq kəndində isə 33 fərdi yaşayış evinə təbii qazın açılışı baş tutub. 2020-ci ildə həyata keçirilən genişmiqyaslı qazlaşdırma işləri çərçivəsində Göyçay rayonunun Yenikənd kəndində 60 fərdi yaşayış evi qazla təmin olunub. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində “Azəriqaz” İstehsalat Birliyi ucqar kəndlərdə də qaz çəkilişlərini icra edib. İsmayıllı rayonunun Bizlan kəndində 107 fərdi yaşayış evi təbii qazla təmin olunub. Şabran rayonunun Əmirxanlı kəndində 307, Vələsli kəndində isə 50 fərdi yaşayış evi təbii qaz alıb. Siyəzən rayonunun Qalaltı kəndinin 98 fərdi yaşayış evi də təbii qazla təchiz edilən yaşayış məntəqələrinin sırasındadır.

Yuxarıda sadalanan yaşayış məntəqələrininin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 73 km-ə yaxın müxtəlif diametrli polad borularla və 14 km-ə yaxın polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir fərdi yaşayış evinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.