Faktla bağlı araşdırmalar davam etdirilir Faktla bağlı araşdırmalar davam etdirilir
  • Mahal
  • 13 Dekabr 2020 21:09
  •  2 811

Gizli fəaliyyət göstərən repetitor kursu aşkarlandı

Faktla bağlı araşdırmalar davam etdirilir

Goranboy rayon Yenikənd kənd sakini Xalid Əmirova məxsus fərdi yaşayış evində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən rayonun Meşəli kənd sakini Loğman Şirinovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılıb, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.

L. Şirinov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati cərimə tətbiq edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.