O, 69 yaşında vəfat edib O, 69 yaşında vəfat edib
  • Mahal
  • 16 Dekabr 2020 12:15
  •  5 442

Gəncə Dövlət Universitetinin müəllimi vəfat edib

O, 69 yaşında vəfat edib

Azərbaycanda universitet müəllimi vəfat edib.

AzNews.az xəbər verir ki, Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin baş müəllimi Etibar Allahverdiyev dünyasını dəyişib.

O, dekabrın 15-də 69 yaşında vəfat edib.

Qeyd edək ki, Etibar Allahverdiyev 1951-ci ildə Goranboy rayonun Dəliməmmədli qəsəbəsində anadan olub. Bakı Dövlət Universitetində ali təhsil alıb. Bir müddət orta məktəb müəllimi işləyən E.Allahverdiyev 2000-ci ildən Gəncə Dövlət Universitetinin Coğrafiya kafedrasında müəllim, 2005-ci ildən isə baş müəllimi vəzifəsində çalışıb.