- Mahal
- 23 Mart 2021 09:07
- 8 573
Azərbaycanda zəlzələ olub

Zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib
Martın 23-də yerli vaxtla saat 07:08-də Qazax stansiyasından 41 kilometr şimal-şərqdə Tovuz rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Tovuz rayonunda 3 bal olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.