Bu məktəblərdə isə həftədə 2-3 dəfə... Bu məktəblərdə isə həftədə 2-3 dəfə...
  • Mahal
  • 7 May 2021 20:12
  •  6 330

Gəncə və Şəkidə əyani tədris həftədə 5 dəfə olacaq

Bu məktəblərdə isə həftədə 2-3 dəfə...

AzNews.az xəbər verir ki, Mayın 17-dən etibarən Gəncə və Şəki şəhərlərində yerləşən, layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində tədris həftədə 4 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə əyani şəkildə təşkil olunacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, qeyd olunan şəhərlərdə layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verməyən məktəblərin icma əsaslı təlim qrupları və məktəbəhazırlıq mərhələsində isə həftədə 2 dəfə, ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla əyani aparılacaq.