Hadisə axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib Hadisə axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib
  • Mahal
  • 9 Avqust 2021 21:34
  •  7 034

Ucar sakini su kanalında boğulub

Hadisə axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib

Ucar sakini kanalda çimərkən boğularaq ölüb.

Aznews.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd sakini, 48 yaşlı Yadigar Vahid oğlu Abbasov dostları ilə Qazyan kanalında çimərkən boğulub. Meyit sakinlərin köməkliyi ilə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.