Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
  • Mahal
  • 23 Oktyabr 2021 21:48
  •  6 470

Biləsuvar sakini 4 həmkəndlisini BIÇAQLADI

Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Ötən axşam Biləsuvar rayonunun Amankənd kəndində yerləşən çayxanada həmkəndlilər arasında mübahisə yaranıb.

Aznews.az xəbər verir ki, sonradan çayxanadan çıxıb evə getdikləri zaman Qoşqar Orucov bıçaqla 4 həmkəndlisinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nəticədə 1995-ci il təvəllüdlü Ərəstun Şahmarovun xəsarəti yüngül olsa da, digər 3 nəfər - 1989-cu il təvəllüdlü Sənan Yəhyayev, 1990-cı il təvəllüdlü İsa Abbasov, 1992-ci il təvəllüdlü Tural Yəhyalı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.