- Mahal
- 19 İyun 2022 12:01
- 4 654
IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Hava Limanı ilə tanış olublar
Hər bir hökumət dərk etməlidir ki, bu, rifah əldə etməyin ən yaxşı yoludur
IX Qlobal Bakı Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanında olublar.
Forum iştirakçılarına Füzuli Beynəlxalq Hava Limanını barədə məlumat verilib.
Dünya İncəsənət və Elm Akademiyasının sədri Alberto Zukkoni jurnalistlərə bildirib ki, təkcə Füzuli Beynəlxalq Hava Limanı deyil, bütün Azərbaycan çox gözəldir.
O, bu gün Şuşada keçiriləcək panellərdən söz açaraq “İnsan təhlükəsizliyi: Qlobal liderliyin formulu” mövzusunu xüsusi vurğulayıb.
"İnsan təhlükəsizliyi bütün dünyada çox önəmlidir. Bu məsələdə hər birimiz fəal olmalıyıq. Hər bir hökumət dərk etməlidir ki, bu, rifah əldə etməyin ən yaxşı yoludur", - Zukkoni qeyd edib. (Report)