Yerli istismar idarəsinin texnikaları əraziyə cəlb olunub Yerli istismar idarəsinin texnikaları əraziyə cəlb olunub
  • Mahal
  • 22 İyun 2022 23:27
  •  3 962

Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbər heyəti Goranboya ezam olunub

Yerli istismar idarəsinin texnikaları əraziyə cəlb olunub

Goranboyda baş verən daşqınla bağlı vəziyyət nəzarətə götürülüb.

Aznews.az xəbər verir ki, bu barədə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov məlumat verib.

Onun sözlərinə görə, yerli istismar idarəsinin texnikaları əraziyə cəlb olunub.

Qurumun rəhbər şəxslərindən ibarət heyət əraziyə ezam olunub.

Qeyd olunub ki, hadisə yeri qiymətləndirildikdən sonra zərurət yaranarsa ətraf rayonlardan da texnikalar cəlb olunacaq.