FHN-nin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub FHN-nin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub
  • Mahal
  • 5 İyul 2022 21:16
  •  5 283

Kür çayında 16 yaşlı gənc batıb

FHN-nin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində 16 yaşlı gənc batıb.

Bu barədə Aznews.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

"112" qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.