• Mahal
  • 26 Noyabr 2022 19:01
  •  3 246

Türkiyəli ekspert: Ermənilər hər yeri dağıdıb

Ermənilər burada böyük vəhşiliklər törədiblər. Hər yeri dağıdıblar. Bu əməllər qeyri-insani hərəkətlərdir, haqsızlıqdır.

Aznews.az xəbər verir ki, bu barədə Ağdamda səfərdə olan Türkiyənin Yaxın Şərq Araşdırmaları Mərkəzinin (ORSAM) direktoru Ahmet Uysal deyib.

“Bu gün biz burada yenidənqurma işlərinin şahidi oluruq. Məktəblər, yollar düzəldilir, ərazilər minalardan təmizlənir. Bu bizi sevindirir. İşğal dönəmində Ağdam məscidində heyvan saxlayıblar. İlk gəlişimizdə heyvan qoxuları hələ də qalmışdı. İndi təmir-bərpa işləri gedir. Buranın gələcəkdə turizm mərkəzinə çevrilmə potensialı var. Türkiyədən də buraya gəlmək istəyənlər var”, - Ahmet Uysal vurğulayıb.