• Mahal
  • 17 Yanvar 15:29
  •  2 763

Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub

Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub.

Aznews.az "Nuhçıxan"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad edilib.

Polkovnik Şahin Mirzəyev muxtar respublikanın yeni fövqəladə hallar naziri təyin olunub.

Yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.