• Mahal
  • 4 İyun 2023 17:14
  •  4 364

Qərb bölgəsində güclü külək və yağış bir sıra fəsadlara səbəb olub

Güclü külək Qazaxda fəsadlar törədib.

Aznews.az xəbər verir ki, güclü külək rayonun Heydər Əliyev prospektində iri gövdəli ağacları aşırdıb.

Qırılan ağaclar yollarda hərəkətdə çətinliklər yaradıb. Bundan başqa, güclü külək Ağstafa rayonunda fəsad törətməsə də leysan yağışları ilə əvəzləndiyindən gecə yağan güclü yağış Köcəsgər kəndində 26 evi su altında qoyub. Hadisə gecə baş verdiyindən sel sularından sonra əhali evlərini tərk edərək yaxınlarının yaşadığı evlərə daşınıblar. Əraziyə gecə ilə rayon Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da baxış keçiriblər, müvafiq tədbirlərin görülməsi üçün göstərişlər verilib.