• Mahal
  • 7 Avqust 2023 15:49
  •  7 344

Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, avtomobildə sərnişin qismində olan, 2007-ci il təvəllüdlü Elmir İbrahimov aldığı xəsarətdən dünyasını dəyişib. Sürücü Ramil Natiq oğlu Quliyev və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.