• Mahal
  • 2 Dekabr 2023 23:59
  •  8 019

Kürdəmirdə ağır yol qəzası baş verib

Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.

Aznews.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "Mercedes"in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.