• Mahal
  • 19 Fevral 2024 14:12
  •  6 405

Lənkəranda 6 yaşlı uşaq qızılcadan ölüb

Lənkəranda azyaşlı qızılcadan ölüb.

Aznews.az xəbər verir ki, Lənkəran rayonunun Veravul kənd sakini, 2018-ci il təvəllüdlü X.Q. (qız uşağı) yüksək hərarətlə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşağa dəqiqləşdirilməmiş qızılca və meninqoensefalit diaqnozu qoyublar.

Azyaşlını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.