• Mahal
  • 9 Mart 09:00
  •  3 078

Toyda mübahisə edən Sabirabad sakini özünə xəsarət yetirib

Sabirabad rayonunda 29 yaşlı gənc özünə xəsarət yetirib.

Aznews.az xəbər verir ki, rayonun Bulduq kənd sakini, 1995-ci il təvəllüdlü Səmədov Əjdər Elşad oğlu bədəninin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, Ə. Səmədovun toy mərasimində mübahisəsi düşüb, evə qayıtdıqdan sonra o, kəsici alətlə özünə müxtəlif xəsarətlər yetirib.

Faktla bağlı araşdırma aparılır.