Dünən keçirilən imtahanların nəticələri nə vaxt elan olunacaq? - açıqlandı

İyunun 21-də keçirilən Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahan materiallarının emalı aparılır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Eyni zamanda bildirilib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə iyunun 21-də keçirilən imtahan materialları da emal edilir.

Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 10 gündən sonra elan olunması nəzərdə tutulur.

Aznews.az