- Mahal
- 20 Fevral 2025 09:22
- 5 073
Naxçıvanın Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Kəngərli vəzifəsindən azad edilib.
Bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin I müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Onun digər sərəncamı ilə Dövlət Vergi Xidmətinin rəisi vəzifənin icrası müvəqqəti olaraq C.Kəngərlinin müavini Tural Abdulzadəyə həvalə edilib.
AzNews.az