- Mahal
- 12:05
- 1 287
Şabranda meşəlikdə itkin düşən şəxs tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.
Aznews.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə işləri nəticəsində vətəndaş, 1987-ci il təvəllüdlü Atakişiyev Zamin Səxavət oğlu sağ vəziyyətdə tapılaraq aidiyyəti üzrə təhvil verilib.