- Mahal
- 13:15
- 1 154
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum edib

Çaqqal dişləməsi səbəbilə 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
APA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 1974 (2 nəfər qadın cinsli) və 1999-cu il təvəllüdlü şəxslərə hər iki aşağı və yuxarı ətrafların dişlənmiş yaraları diaqnozları təyin olunub.
"Hər üç şəxsə zəruri tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb", - məlumatda vurğulanıb.
***
12:40
Cəlilabad rayonunda çaqqal kənd sakinlərinə hücum edib.
Aznews.az xəbər verir ki, hadisə rayonun Şatırlı kəndində baş verib.
Nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Cəlilabad rayon xəstəxanasına hospitalizasiya olunublar.